AZ

Həyatın ölüm halından sığortası üzrə ödənişlər 30%-dən çox artıb

Bakı. Trend:

Ötən il ərzində Azərbaycanda fəaliyyət göstərən sığortaşirkətləri tərəfindən həyatın ölüm halından sığortası üzrəyığımların həcmi 34,2 milyon manata çatıb.

Trend bubarədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata görə, bu sığorta növü üzrə toplanmış sığorta haqqından2,6 milyon manat sığorta ödənişi edilib. Edilən sığorta ödənişləritoplanmış sığorta haqqından 31,6 milyon manat və ya 13 dəfə azolub.

Ötən il həyatın ölüm halından sığortası üzrə yığımlar əvvəlkiillə müqayisədə 1,2 milyon manat və ya 3,8% artıb. Bu sığorta növüüzrə ödənişlər isə illik müqayisədə 616 min manat, yaxud da 30,3%dəfə çox olub. Belə ki, 2023-cü ildə həyatın ölüm halındansığortası üzrə yığımların həcmi 33 milyon manat, ödənişlərin həcmiisə 2 milyon manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində Azərbaycanda sığorta yığımlarınınümumi həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cü ildəkigöstəricilərlə müqayisədə 130,6 milyon manat və ya 10,7% çoxdur.Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin ümumihəcmi isə 752,7 milyon manat olub ki, bu da illik müqayisədə 165,4milyon manat və ya 28,1% artım deməkdir.

Seçilən
3
4
az.trend.az

6Mənbələr