İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.Bu barədə Oxu.Az-a aktrisanın qızı Nigar Tofiqqızı məlumat verib.O bildirib ki, anasının müalicəsi davam etdirilir."Dünən xəstəxanadan çıxmışıq. Çox şükür, anam indi özünü daha yaxşı hiss edir", - deyə o bildirib.Xatırladaq ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta