AZ

Fatma Mahmudova xəstəxanadan evə buraxıldı

İnsult keçirən xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Gundem.az xəbər verir ki, bu barədə Report-a aktrisanın qızı Nigar Tofiq məlumat verib.

Onun sözlərinə görə, anasının səhhəti yaxşılaşır:

"Özünü yaxşı hiss edir. Hazırda müalicəsi evdə davam etdirilir".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.

Seçilən
17
13
gundem.az

10Mənbələr