AZ

Xalq artisti Fatma Mahmudova xəstəxanadan evə buraxılıb

İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb...

Bu barədə Oxu.Az-a aktrisanın qızı Nigar Tofiqqızı məlumat verib.

O bildirib ki, anasının müalicəsi davam etdirilir.

"Dünən xəstəxanadan çıxmışıq. Çox şükür, anam indi özünü daha yaxşı hiss edir", - deyə o bildirib.

Xatırladaq ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.

Poliqon.info

Seçilən
2
13
poliqon.info

10Mənbələr