AZ

Xalq artisti Fatma Mahmudova evə buraxılıb

İnsult keçirən Xalq artisti Fatma Mahmudova müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Kulis.az-a məlumat verən aktrisanın qızı Nigar Tofiqin sözlərinə görə, anasının vəziyyəti yaxşıdır:

"Artıq yaxşıdır. Bu gündən müalicəsi evdə davam etdiriləcək".

Qeyd edək ki, Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinə yerləşdirilmişdi.

Seçilən
18
13
kulis.az

10Mənbələr