Polşanın Kiyevdəki keçmiş səfiri Bartoş Çiçokki Polşa ordusunun şəxsi heyətinin Ukraynaya göndərilməsini istisna etməyib.
Publika.az xəbər verir ki, o, bu barədə RMF FM radiostansiyasının efirində bildirib.
"Bu, mənim üçün sual deyil, amma gəlin başa düşək ki, ola bilər ki, bunlar ümumiyyətlə sülhməramlı qüvvələr olmaya bilər", - Çiçokki Ukraynaya neçə Polşa sülhməramlısının göndərilə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Keçmiş diplomat əlavə edib ki, yaxın 5-10 il ərzində hər hansı ssenarini istisna etmir.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk Kiyev, Brüssel və Vaşinqtonun birləşməli və sülh danışıqlarına başlamalı olduğunu bildirmişdi.