Polşanın Kiyevdəki keçmiş səfiri Bartoş Çiçokki Polşa ordusunun hərbçilərinin Ukraynaya göndərilməsini istisna etməyib. O, bu barədə RMF FM radiostansiyasının efirində bildirib.
"Bu, mənim üçün sual deyil, amma gəlin başa düşək ki, bunlar ümumiyyətlə sülhməramlı qüvvələr olmaya bilər", - Çiçokki Ukraynaya neçə Polşa sülhməramlısının göndərilə biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Keçmiş diplomat əlavə edib ki, yaxın 5-10 il ərzində hər hansı ssenarini istisna etmir.
Bundan əvvəl Polşanın baş naziri Donald Tusk bildirib ki, Kiyev, Brüssel və Vaşinqton birləşməli və sülh danışıqlarına başlamalıdır.
Fevralın 13-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə Rusiya, ABŞ və Ukraynanın yüksək səviyyəli rəsmilərinin fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində görüşəcəklərini bildirib.
Bundan əvvəl Zelenski Ukraynanın 100 min sülhməramlıya ehtiyacı olduğunu bildirib.
Əziz Mustafa, Oxuməni.az