“Kəpəz” uzunmüddətli fasilədən sonra sponsor tapıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat rəsmi saytı məlumat yayıb. Gəncə təmsilçisi açıqlamada bunları qeyd edib:
"Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək."Kəpəz"imiz üçün xeyirli-uğurlu olsun!"
Qeyd edək ki, "Kəpəz" hazırda Misli Premyer Liqasında 18 xalla 9-cu pillədə qərarlaşıb.
"İmişli"nin braziliyalısı: "Premyer Liqa üçün ciddi şanslarımız var"
Abdullahi Şuaybu: "Son tura qədər mübarizə aparacağıq"
UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib
Azərbaycanın 5 hakimi beynəlxalq kateqoriya ilə təltif olunub
Sulşerli "Beşiktaş" "Neftçi"nin futbolçuları ilə görüşüb