AZ

"Kəpəz"ə sponsor tapıldı - RƏSMİ

"Kəpəz"in sponsor danışıqları müsbət yekunlaşıb. 

Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 Gəncə təmsilçisi açıqlamada bunları qeyd edib: "Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək."Kəpəz"imiz üçün xeyirli-uğurlu olsun!"

Xatırladaq ki, "Kəpəz" Misli Premyer Liqasında 18 xalla 9-cu pillədədir. 

saytlarin hazirlanmasi

Seçilən
58
7
sportal.az

10Mənbələr