AZ

“Kəpəz” özünə sponsor tapdı – Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz” rəhbərliyinin sponsor danışıqları müsbət yekunlaşıb.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun rəsmi saytı məlumat yayıb.

Gəncə təmsilçisinin açıqlamasında bunlar qeyd edilib:

“Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək. “Kəpəz”imiz üçün xeyirli-uğurlu olsun!”

Xatırladaq ki, Gəncə təmsilçisi Azərbaycan Premyer Liqasının cari mövsümündə 18 xalla 9-cu pillədədir. Azər Bağırovun rəhbərlik etdiyi kollektiv keçirdiyi 22 oyunda 5 qol qələbə qazanıb, 3 heç-heçə edib, 14 məğlubiyyətə üzülüb. Komandanın top fərqi də ürəkaçan deyil – 20:46.

Seçilən
60
7
arena.az

10Mənbələr