“Kəpəz”in sponsor danışıqları müsbət yekunlaşıb.
Rekord.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Açıqlamada bunlar qeyd edilib:
“Klubumuzun inkişafının gücləndirilməsi məqsədi ilə aparılan danışıqlar müsbət nəticələnib və razılıq əldə olunub. Hazırda müəyyən prosedurlar çərçivəsində sənədləşmə işləri aparılır. Bu məsələ həllini tapdıqdan sonra ictimaiyyətə və mediaya əlavə informasiya veriləcək. "Kəpəz"imiz üçün xeyirli-uğurlu olsun!”