Ukraynanın uğursuzluğu Avropa ilə yanaşı, ABŞ-ni də zəiflədər.
“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayen Münxen Təhlükəsizlik Konfransında deyib.
O qeyd edib ki, Münxendə onların vəzifələri təkcə bu ilin geosiyasi mənzərəsini təsvir etmək deyil, həm də onu formalaşdırmaqdır:
"Onu elə formalaşdırmaq lazımdır ki, bizim transatlantik dəyərlərimizin davamlı olmasını və maraqlarımızın müdafiəsini təmin etsin".
ABŞ-nin tətbiq etdiyi tariflərə gəldikdə isə Avropa Komissiyasının sədri bunu əsassız adlandıraraq vurğulayıb ki, Avropa İttifaqına tətbiq edilən əsassız tariflər cavabsız qalmayacaq.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp polad və alüminium idxalına 25 faiz gömrük rüsumunun tətbiqi barədə sərəncam imzalayıb.