AZ

"Bu, Trampın Ukraynaya iyrənc xəyanətidir"

ABŞ Prezidenti Donald Tramp Ukrayna haqqında yalan məlumatlar səsləndirir və bu, Putinə təslim olmaq kimi görünür.

Olaylar.az bildirir ki, bunu ABŞ Senatının demokrat üzvü Riçard Blumental "Foks Nyus"a deyib.

"O, hansı dünyada yaşayır? Bu, nəinki faktlara, həqiqətə ziddir, həm də son dərəcə iyrəncdir. Bu, azadlıq uğrunda qan axıdan, döyüşən, canından keçən bir ölkəyə qarşı iyrənc xəyanətdir", - senator bildirib.

Blumental vurğulayıb ki, ukraynalılar döyüş meydanında təkcə öz azadlıqlarını deyil, həm də Amerikanın azadlığını müdafiə edirlər:

"Ona görə də Ukraynanın mübarizəsi bizim mübarizəmizdir". (axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
44
3
olaylar.az

10Mənbələr