ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına dəvət edilməyən Ukrayna prezidenti Vladimir Zelenskini müharibəni dayandırmamaqda ittiham edib. Zelenskini sərt tənqidlərlə hədəfə alan Trampa Ukrayna liderinin cavabı çox gecikməyib. Zelenski ABŞ hökumətinin “Rusiya lideri Putinə təcriddən çıxmağa kömək etdiyini” iddia edib.
Sherg.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp mətbuat konfransı keçirərək Rusiya-Ukrayna müharibəsində baş verənləri və atəşkəs prosesini dəyərləndirib.
Tramp Səudiyyə Ərəbistanında ABŞ-Rusiya danışıqlarına dəvət edilməyən Ukrayna prezidenti Vladimir Zelenskini müharibəni bitirməməkdə ittiham edib.
Zelenski Trampın sərt tənqidinə cavab verib.
O, iddia edib ki, ABŞ “Putinə təcriddən çıxmağa kömək edir”. Ukrayna lideri Trampın Ukraynaya ən çox dəstəyin ABŞ-dan gəldiyi barədə açıqlamalarına da münasibət bildirib.
Ukraynalıların 58 faizinin ona güvəndiyini iddia edən Zelenski daha sonra deyib: "Ona görə də kimsə məni indi dəyişməyə çalışsa, bu, alınmayacaq. Təəssüf ki, prezident Tramp bizim böyük hörmət bəslədiyimiz bir xalqın lideri kimi... dezinformasiya sahəsində yaşayır".
Zelenski ABŞ və onun Ər-Riyaddakı nümayəndələrini Rusiyanın Ukraynaya qeyri-qanuni müdaxiləsini “yalnız Putinin onlara qarşı elan etdiyi müharibə” deyil, “münaqişə” kimi xarakterizə etdiklərinə görə tənqid edib.