Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Ukrayna sülh danışıqlarına sərt mövqedən başlamasa, bu, ABŞ-la yanaşı, Aİ-nin də ziyanına olacaq.
Turkustan.az xəbər verir ki, Von der Leyen Almaniyada keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransının (MSC 2025) açılışında çıxış edib.
"Münhendəki vəzifəmiz təkcə bu yeni geosiyasi mənzərəni müəyyən etmək deyil, onu transatlantik dəyərlərimizin davamlı olmasını və maraqlarımızın müdafiəsini təmin edəcək şəkildə formalaşdırmaqdır"-deyə, o bildirib.
"Çünki bəzilərinin təsir sferalarını qurmaq üçün açıq cəhdləri var. Dünya nizamına dair rəqabətli baxışlar qlobal işlərə daha tranzaktual yanaşmaya gətirib çıxarır. Avropa bu yeni reallıqda inkişaf etmək üçün dəyişməlidir. Qarşıda nələr gözlədiyinə dair ağıllı və açıq fikirli olmalıyıq."
Aytən Yaşar/ Turkustan.az