Aİ Avropa Bərpa Fondundan istifadə olunmamış 93 milyard avro vəsaitin öz müdafiə sektoruna yönləndirilməsi imkanlarını araşdırır.
KONKRET.az xəbər verir ki, fevral ayında Avropa Komissiyasının sədri Ursula fon der Leyen AK-nin martın ortalarına qədər Aİ-nin müdafiəsini gücləndirəcək və müdafiə xərclərini artıracaq bir strategiya təqdim etməyi planlaşdırdığını deyib.
Avropa Siyasət Mərkəzinin (EPC) baş mütəxəssisi Pol Taylor isə bildirib ki, Aİ ölkələri müdafiə xərclərini artırmaq üçün vəsaiti asanlıqla tapa bilməyəcək.
Vəli Həsənoğlu,
KONKRET.az