1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasının 25-ci turunda "Brayton" və "Çelsi" komandalarının qarşılaşması keçirilib.
Oxu.Az xəbər verir ki, oyun 3:0 hesabı ilə "Brayton"un xeyrinə başa çatıb.
İlk hissənin ortalarında "Brayton"un cinah oyunçusu Kaoru Mitoma hesabı açıb. 38-ci dəqiqədə Yankuba Minte meydan sahiblərinin üstünlüyünü artırıb. 63-cü dəqiqədə Minte dubla imza atıb.
"Brayton" İngiltərə Premyer Liqasında səkkizinci yerdədir. Komanda 25 oyunda 37 xal toplayıb. London klubu 25 oyundan sonra 43 xal toplayıb və dördüncü pillədə qərarlaşıb. Turnir cədvəlinə 24 oyundan sonra 57 xalla "Liverpul" başçılıq edir.