1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniya La Liqasının 24-cü turunda lider "Real Madrid" "Osasuna"nın qonağı olub.
Oxu.Az xəbər verir ki, kral klubu Mbappenin qolu ilə önə keçsə də, artıq 39-cu dəqiqədə azlıqda qalıb. Bellingem birbaşa qırmızı vərəqə alıb.
Meydan sahibləri say üstünlüyünə baxmayaraq, yalnız ikinci hissədə penaltidən fərqlənərək hesabı bərabərləşdiriblər - 1:1. Görüş elə bu nəticə ilə də yekunlaşıb.
Hazırda "Real Madrid" 51 xalla yarış cədvəlinin zirvəsində olsa da, onu izləyən "Atletiko" ehtiyatda bir oyunu olmaqla liderdən cəmi 2 xal geri qalır. "Osasuna" isə 32 xalla 7-cidir.