İngiltərə Premyer Liqasında 25-ci turun matçları oynanılır.
hakimiyyet.az xəbər verir ki, son çempion "Mançester Siti" öz meydanında "Nyukasl"ı qəbul edib.
Qarşılaşmanın qəhrəmanı "şəhərlilər"in yeni transferi Ömər Marmuş olub. Misirli het-trikə imza atmaqla meydan sahiblərinin qələbəsində böyük pay sahibi olub. Oyun qonaqların darmadağın edilməsi ilə yekunlaşıb - 4:0.
Bu nəticədən sonra Qvardiolanın yetirmələri yarış cədvəlində 44 xalla 4-cü pillədədir. "Nyukasl" isə ondan 3 xal geri qalmaqla 7-ci sırada qərar tutub.