Bakı, TurkicWorld
All Nippon Airways (ANA) şirkətinin də daxil olması ilə İstanbul Hava Limanında xidmət göstərən aviaşirkətlərin sayı 111-ə yüksəldi.
TurkicWorld AzerVoice - a istinadən xəbər verir ki, Yaponiyanın ən böyük hava yolu şirkəti All Nippon Airways-in (ANA) Tokio Haneda-İstanbul Hava Limanına uçuşlara başladığını ifadə edərək, “İstanbul Hava Limanı xidmət etdiyi hava yolu şirkətlərinin sayını 111-ə çatdıraraq qlobal aviasiyadakı mövqeyini daha da gücləndirdi” dedi.
Nazir Uraloğlu yazılı açıqlamasında Yaponiya mərkəzli ANA-nın fevralın 12-də Tokiodan İstanbula birbaşa uçuşlara başladığını xatırladıb.
Bu uçuşların hava limanının əhəmiyyətini göstərdiyini vurğulayan Uraloğlu, "Yaponiyanın ən böyük hava yolu şirkəti ANA, Tokio Haneda ilə İstanbul Hava Limanı arasında birbaşa uçuşlara başladı. İstanbul Hava Limanı xidmət etdiyi hava yolu şirkətlərinin sayını 111-ə çatdıraraq qlobal aviasiyadakı mövqeyini daha da gücləndirdi" dedi. qiymətləndirməsini etdi.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Türkiyənin İstanbul Hava Limanına gələn sərnişinlərin sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 6 milyon 434 min 570 nəfər olub.
Nazirlikdən verilən məlumata görə, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2024-cü ilin analoji dövrü ilə müqayisədə 0,1 faiz azalaraq, 1 milyon 233 min 651 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 5 milyon 200 min 919 nəfər təşkil edib.
2025-ci ilin yanvar ayında hava limanının yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6 faiz artaraq 265 min 591 ton təşkil edib. Bununla yanaşı, 2025-ci ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük daşınması 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq, 15 min 270 ton, beynəlxalq reyslər üzrə yük daşınması isə eyni dövrlə müqayisədə 6 faiz artaraq, 250 min 321 ton təşkil edib.
Məlumata əsasən, hava limanından 2025-ci ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2024-cü ilin yanvar ayı ilə müqayisədə 5 faiz artaraq, 42 min 921 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 1 faiz artaraq, 9 min 3, beynəlxalq reyslər üzrə isə 6 faiz artaraq 33 min 918 olub.
2025-ci ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 16 milyon 218 min 243 nəfər, yük daşınması isə 365 min 389 ton təşkil edib.
Xatırladaq ki, 2024-cü ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 220 milyon 987 min 163 nəfər, yük daşınması isə 4 milyon 941 min 729 ton təşkil edib.