AZ

G7 Rusiyanı yeni sanksiyalarla hədələyib, İranı isə qınayıb

G7 Rusiyanı yeni sanksiyalarla hədələyib və İranı pisləyib.

Beynəlxalq ictimaiyyət Fələstinin radikal HƏMAS hərəkatının artıq öz hərbi qüvvələrini bərpa edə və Qəzza zolağına rəhbərlik edə bilməməsini təmin etməlidir.

Bu barədə TASS-a daxil olan “Yeddilik” (G7) ölkələrinin xarici işlər orqanları rəhbərlərinin Münhendə keçirilən qeyri-rəsmi görüşünün yekunlarına dair bəyanatda deyilir.

Xarici işlər nazirləri “İsrail və Fələstin arasında davamlı sülhün yaradılmasının vacibliyini vurğuladılar”.

Yeddilik Qrupu (G7) ölkələri Suriyada BMT Təhlükəsizlik Şurasının qərarları ruhunda hərtərəfli siyasi keçid prosesini dəstəkləyir.

G7 xarici işlər nazirləri həmçinin Livandakı hadisələri, o cümlədən son prezident seçkiləri, baş nazirin təyin edilməsi və yeni hökumətin formalaşdırılmasını müsbət adlandırıblar.

Sənəddə deyilir: “Böyük yeddilik ölkələri hər iki ölkənin sabitliyi, suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini bir daha təsdiqləyiblər”.

Həmçinin, Yeddilik Qrupu (G7) ölkələri Moskvanın Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlarda iştiraka hazır olmasından asılı olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsini öyrənmək niyyətindədir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bir araya gələn diplomatik departamentlərin rəhbərləri də Ukraynada “davamlı sülhə nail olmaq üçün” birgə işləməyə sadiq olduqlarını bildiriblər.

Yeddilik Qrupu (G7) ölkələri İranın həm nüvə enerjisi fəaliyyətləri, həm də Yaxın Şərq və Qırmızı dəniz regionunda siyasi təsiri ilə bağlı hərəkətlərini pisləməkdə davam edir. G7-nin xarici işlər nazirləri Tehranı ballistik raket və PUA-ların inkişafı proqramlarını inkişaf etdirdiyinə və insan haqlarının pozulmasına görə qınayıblar.

Seçilən
59
50
moderator.az

10Mənbələr