AZ

Avropa Rusiya qazının irimiqyaslı alınmasını nəzərdən keçirir

Ukrayna üzrə danışıqların intensivləşməsi fonunda Avropa ölkələri artıq ciddi şəkildə Rusiya qazının böyük tədarükünü bərpa etməyi düşünür.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “The Economist” jurnalı yazır.

 

“Bəzi Avropa rəsmiləri Rusiya qazına acgözlüklə baxırlar. Aşağı enerji ödənişləri canlandıra bilər... Avropa sənayesi və ev təsərrüfatlarını arxayınlaşdıra bilər”, - məqalədə deyilir.

 

Belə ki, Goldman Sachs-ın analitikləri hesab edirlər ki, Ukrayna münaqişəsinin başa çatması Aİ-nin ÜDM-də 0,5% artıma gətirib çıxaracaq, əsasən ucuz enerji resursları hesabına. Bundan əlavə, bəzi ekspertlər hesab edir ki, qaz alışının bərpası Moskvanı həm sülh danışıqları aparmağa, həm də sonrakı razılaşmaya əməl etməyə sövq edəcək.

 

Bundan əvvəl amerikalı politoloq Malek Dudakov bəyan etmişdi ki, Rusiyaya qarşı sanksiyalar ABŞ üçün də zərərlidir. Onun sözlərinə görə, ən zərərli tədbirlər siyahısına strateji xammal və gübrələrin tədarükünə məhdudiyyətlər daxildir. O əlavə edib ki, Rusiya tərəfinin digər məhdudiyyətləri, o cümlədən hava məkanından istifadəyə qadağa, bank və enerji sektorunda sanksiyaları aradan qaldırması vacibdir.

 

Bundan əvvəl ABŞ-ın Rusiyanın əsas neft alıcısını əlindən almağa hazırlaşdığı bildirilirdi.

 

Nigar

 

Seçilən
45
50
oxu24.com

10Mənbələr