Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva “NATO qoşunlarının (Ukrayna) ərazisində görünməsini, hətta onlar Avropa İttifaqının bayrağı və ya milli bayraqlar altında fəaliyyət göstərsələr belə, qəbuledilməz hesab edir”.
O bildirib ki, “Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlarda iştirakı ilə bağlı Moskvanın mövqeyini bir daha izah etməyə ehtiyac yoxdur”. Həmçinin, nazirin sözlərinə görə, ABŞ “Ukraynanın NATO-ya daxil olmasının Rusiyanın təhlükəsizliyinə birbaşa təhdid yaratdığı barədə məlumatlandırılıb”.
Bundan əlavə, Lavrov Ukrayna pilotsuz təyyarələrinin Krasnodar bölgəsindəki neft nasos stansiyasına son hücumunu şərh edərək deyib ki, “bu zərbə Qazaxıstanın enerji infrastrukturuna hücum kimi qiymətləndirilə bilər”.
Onun sözlərinə görə, ABŞ Rusiya və Ukraynada enerji obyektlərinə zərbələrə moratorium tətbiq etməyi təklif edib.
Lavrov həmçinin əlavə edib ki, “bu gün Vaşinqtonla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atılır və bu səylər artıq müəyyən nəticələr verib”.
Nigar