Fransanın xarici işlər naziri Jan-Noel Barrot Rusiyanın Böyük Yeddiliyə qayıtma ehtimalını istisna edib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın müvafiq təklifini şərh edərkən, Fransanın xarici işlər naziri Jan-Noel Barrot qeyd edib ki, hazırkı reallıqda bu ssenari ağılsızdır: “G7 nədir? Bu, ən inkişaf etmiş demokratiyaların birliyidir. Bununla belə, Rusiya getdikcə daha çox demokratik prinsiplərdən uzaqlaşır, açıq və kinli davranaraq, G7-nin digər ölkələrinə, o cümlədən Fransaya qarşı aqressiv siyasət yürüdür”, - deyə Barrot bildirib.Nazirin sözlərinə görə, Rusiya G7-yə yalnız Ukraynada ədalətli və davamlı sülh əldə olunarsa qayıda bilər: “Gələcəkdə, niyə olmasın? Bu müharibənin məsuliyyəti Prezident Vladimir Putinin çiynindədir. "Bu müharibəyə rus xalqı başlamadı" - deyən Barro, gələcəkdə başqa diplomatik münasibətlərin də mümkün olacağını qeyd edib. Qeyd edək ki, bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Baerbok bəyan edib ki, Rusiyaya aparıcı demokratik ölkələr qrupunda yer verilməməlidir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta