AZ

"Qarabağ" azlıqda qalsa da, "Neftçi"ni məğlub edib


Misli Premyer Liqasının XXIII turunun \"Neftçi\" - \"Qarabağ\" oyunu başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, \"Neftçi Arena\"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. \"Köhlən atlar\"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. \"Ağ-qaralar\" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk matçında \"Turan Tovuz\" evdə \"Araz-Naxçıvan\"dan üstün olub - 1:0.

Ötən gün \"Zirə\" səfərdə \"Sumqayıt\"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.
Seçilən
51
14
azxeber.com

10Mənbələr