AZ

"Qarabağ" "Neftçi"ni məğlub edib - Yenilənib  

Misli Premyer Liqasının XXIII turundakı "Neftçi" - "Qarabağ" oyunu başa çatıb...

"Report"un məlumatına görə, "Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. "Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"dan üstün olub - 1:0.

Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

***

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda hesab açılıb.

"Report"un məlumatına görə, Ağdam təmsilçisinin heyətində Marko Yankoviç 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

***

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb...

"Report"un məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı alaraq meydandan qovulub.

***

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyunu başlayıb.

"Neftçi Arena"dakı matç saat 19:00-da start götürüb.

Görüşün baş hakimi Rəvan Həmzəzadədir.

“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek.

“Qarabağ”: 99. Mateus Koxalski, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade.

Qeyd edək ki, Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.(report)

Poliqon.info

Seçilən
49
4
poliqon.info

10Mənbələr