AZ

Misli Premyer Liqası: "Qarabağ" "Neftçi"ni məğlub edib

Misli Premyer Liqasının XXIII turunun "Neftçi" - "Qarabağ" oyunu başa çatıb.

"Neftçi Arena"da keçirilən qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. "Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"dan üstün olub - 1:0.

Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

Seçilən
53
14
cbcsport.az

10Mənbələr