AZ

"Qarabağ" azlıqda qalsa da, "Neftçi"ni məğlub edib - YENİLƏNİB

Misli Premyer Liqasının XXIII turundakı "Neftçi" - "Qarabağ" oyunu başa çatıb.

Adalet.az-ın məlumatına görə, "Neftçi Arena"dakı qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

88-ci dəqiqədə Marko Yankoviç penaltini dəqiq yerinə yetirib. "Köhlən atlar"ın heyətində Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

Ağdam təmsilçisi hazırda 56 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk matçında "Turan Tovuz" evdə "Araz-Naxçıvan"dan üstün olub - 1:0.

Ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

20:47

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, Ağdam təmsilçisinin heyətində Marko Yankoviç 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

20:04

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Adalet.az-ın məlumatına görə, hazırda görüşdə hesab açılmayıb.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

19:48

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Adalt.az-ın məlumatına görə, komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Ağdam təmsilçisinin müdafiəçisi Kevin Medina 22-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.

19:05

Misli Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" - "Qarabağ" oyunu başlayıb.

Adalet.az-ın məlumatına görə, "Neftçi Arena"dakı matç saat 19:00-da start götürüb.

*** 18:33

Misli Premyer Liqasının XXIII turunda üz-üzə gələcək “Neftçi” və “Qarabağ”ın start heyətləri açıqlanıb.

Adalet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar saat 19:00-da start götürəcək oyunda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Neftçi”: 93. Rza Cəfərov (K), 19. Azər Salahlı, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 13. Emin Səfərov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 91. Ağadadaş Salyanski

Ehtiyat oyunçular: Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 77. Yeqor Boqomolski, 23. Robert Bauer, 90. Ramil Şeydayev, 20. Alfa Konte, 47. Murad Məmmədov, 18. Ryonosuke Ohori, 9. Bassala Sambu, 11. Aleks Fernandes

Baş məşqçi: Samir Abasov

“Qarabağ”: 99. Mateuş Koxalski, 15. Leandro Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir (K), 2. Mateus Silva, 90. Nəriman Axundzadə

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 29. Marko Veşoviç, 27. Toral Bayramov, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 66. Patrik Andrade, 11. Emanuel Addai, 22. Musa Qurbanlı, 9. Kadi Borqes

Baş məşqçi: Qurban Qurbanov.

 

***09:03

Misli Premyer Liqasının XXIII turunda bu gün "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

Bakıvaxtı.az-ın məlumatına görə, qarşılaşma saat 19:00-da start götürəcək.

Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq. Ağdam təmsilçisi 53 xalla liderdir. "Ağ-qaralar" 24 xalla 6-cı pillədə qərarlaşıb.

Günün ilk oyununda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Meydan sahibləri 36 xalla 4-cü, Naxçıvan klubu 44 xalla 2-ci sıradadır.

Misli Premyer Liqası
III dövrə, XXIII tur
16 fevral
16:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov.
VAR: Rauf Cabarov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Tovuz şəhər stadionu

19:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“Neftçi Arena”

Qeyd edək ki, ötən gün "Zirə" səfərdə "Sumqayıt"ı üç cavabsız qolla məğlub edib. Tura fevralın 17-də yekun vurulacaq.

Seçilən
31
4
adalet.az

10Mənbələr