Avropa rəsmiləri Ukraynaya yeni böyük hərbi yardım paketinin razılaşdırılması üzərində çalışırlar.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, Almaniyada fevralın 23-də keçiriləcək parlament seçkilərindən sonra yeni hərbi yardım paketi elan oluna bilər.
Bundan əvvəl Xorvatiyanın baş naziri Andrey Plenkoviç ABŞ-ın Rusiya-Ukrayna münaqişəsini həll etmək cəhdləri ilə bağlı bəyanatlarına baxmayaraq, Kiyevə hərbi yardımın köçürülməsinin vacibliyini bəyan etmişdi.