Görünür, AB Ukraynaya hərbi texnikanın alınması üçün milyard dollarlıq paket hazırlayır.
Sfera.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.
“Avropa rəsmiləri müdafiə xərclərini artırmaq və Kiyevə dəstək olmaq üçün yeni nəhəng paket üzərində işləyirlər. AB dairələri bunun incə bir plan olduğunu bilir. Rəsmilərin verdikləri məlumata görə, plan mübahisələrin qarşısını almaq üçün Almaniyada fevralın 23-də keçiriləcək seçkidən əvvəl açıqlanmayacaq”, - məlumatda bildirilib.
Nəşr yazır ki, buna baxmayaraq, Almaniya xarici işlər naziri Annalena Berbok tələsdiyini və paketin 700 milyard avro təşkil etdiyini deyib:
“Biz bu ölçüdə əvvəllər heç vaxt təqdim edilməmiş böyük bir paketi təqdim edəcəyik. Avro və ya koronavirus böhranı kimi, indi Avropada bir maliyyə təhlükəsizlik şəbəkəsi var. Bu, yaxın gələcəkdə baş verəcək”.
Litva müdafiə naziri Dovile Şakalene də dünən “Blumberq”ə açıqlamasında deyib ki, qitədə vəziyyəti kardinal şəkildə dəyişmək üçün yüz milyardlar lazımdır.