Avropada hesab edirlər ki, Brüssel münaqişənin həlli və sülh prosesinə təsir imkanını saxlamaq üçün Ukraynada nizamlanmayla bağlı “real plan” hazırlamalıdır...
Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi mənbələrə istinadən məlumat yayıb.
“Bir neçə məmur Bloomberg-ə bildirib ki, danışıqlara təsir etmək üçün Avropa nəinki maddi bir şey təklif etməlidir, həm də bu barədə kimin danışacağını müəyyənləşdirməlidir”, deyə nəşr yazır.
Agentlik qeyd edir ki, Ukrayna və Aİ Kiyevin Qərb müttəfiqlərinin münaqişənin həlli üçün Rusiya ilə danışıqlara başlamazdan əvvəl Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə razılığa gəlmələrini istədiklərini bildiriblər.
Bildirilir ki, ABŞ Ukrayna ilə bağlı cəld hərəkətə keçmək niyyətindədir, ona görə də Avropa qitədə təhlükəsizlik balansını uzun illər müəyyən edə biləcək danışıqlardan kənarda qalmaq riski daşıyır.
Bloomberg qeyd edir ki, bu baxımdan, Brüssel Ukrayna üçün tezliklə real plan təklif etməlidir.
Poliqon.info