AZ

Aİ Ukraynaya Yeni Hərbi Yardım Paketi üzərində işləyir

Avropa rəsmiləri Ukraynaya yeni böyük hərbi yardım paketinin razılaşdırılması üzərində çalışırlar. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Mənbələrin məlumatına görə, Avropa İttifaqı fevralın 23-də Almaniyada keçiriləcək parlament seçkilərindən sonra Kiyev hakimiyyətinə yeni hərbi yardım paketi elan edə bilər.

Fevralın 17-də Parisdə NATO-nun baş katibi Mark Rutte, Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri Antonio Kosta və Ursula fon der Leyenin iştirak edəcək Aİ-nin Ukrayna üzrə fövqəladə sammiti keçiriləcək. Aİ görüşün məqsədinin Ukraynadakı vəziyyət və Avropada təhlükəsizlik məsələləri ilə bağlı Avropa liderləri arasında məsləhətləşmələrə başlamaq olduğunu bildirib.

Daha əvvəl “Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, Avropa ABŞ prezidenti Donald Trampın Aİ-ni Ukrayna ilə bağlı danışıqlara dəvət etməyəcəyindənehtiyat edir.

Əziz Mustafa, Oxuməni.az

Seçilən
74
50
oxumeni.az

10Mənbələr