Bakı, 17 fevral, AZƏRTAC
Avropa İttifaqına üzv ölkələrin liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşü qeyri-rəsmi xarakter daşıyacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.
"Qeyri-rəsmi görüşdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarkanın hökumət başçıları, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri və NATO-nun Baş katibi iştirak edəcək", - məlumatda deyilir.
Görüşün günün ikinci yarısına planlaşdırıldığı qeyd edilir.
Fransanın xarici işlər naziri Jan-Noel Barrotun sözlərinə görə, müzakirə mövzusu Avropanın təhlükəsizlik məsələlərində muxtariyyəti olacaq. Avropanın bu sahədə müstəqilliyə ehtiyacı var ki, nə ABŞ-ın, nə də digər aparıcı dünya dövlətinin vassalı olmasın.