AZ

Aİ liderlərinin Paris görüşü qeyri-rəsmi xarakter daşıyacaq

Avropa İttifaqına üzv ölkələrin liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşü qeyri-rəsmi xarakter daşıyacaq.

APA xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

"Qeyri-rəsmi görüşdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarkanın hökumət başçıları, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri və NATO-nun Baş katibi iştirak edəcək", - məlumatda deyilir.

Görüşün günün ikinci yarısına planlaşdırıldığı qeyd edilir.

Seçilən
110
4
apa.az

10Mənbələr