Bakı. Trend:
Avropa İttifaqına üzv ölkələrin liderlərinin fevralın 17-dəParisdə keçiriləcək görüşü qeyri-rəsmi xarakter daşıyacaq.
Trend xəbər verir ki, bubarədə LCI telekanalı məlumat yayıb.
"Qeyri-rəsmi görüşdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa,İspaniya, Niderland və Danimarkanın hökumət başçıları, həmçininAvropa Şurası və Avropa Komissiyasının prezidentləri və NATO-nunBaş katibi iştirak edəcək", - məlumatda deyilir.
Görüşün günün ikinci yarısına planlaşdırıldığı qeyd edilir.
Fransanın xarici işlər naziri Jan-Noel Barrotun sözlərinə görə,müzakirə mövzusu Avropanın təhlükəsizlik məsələlərində muxtariyyətiolacaq. Avropanın bu sahədə müstəqilliyə ehtiyacı var ki, nəABŞ-ın, nə də digər aparıcı dünya dövlətinin vassalı olmasın.