AZ

Avropa İttifaqı liderlərinin Paris görüşüQEYRİ-RƏSMİ OLACAQ

Avropa İttifaqına üzv ölkələrin liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşü qeyri-rəsmi xarakter daşıyacaq.

 

Bu barədə LCI telekanalı məlumat yayıb.

 

"Qeyri-rəsmi görüşdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarkanın hökumət başçıları, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri və NATO-nun Baş katibi iştirak edəcəklər", - məlumatda deyilir.

 

Görüşün günün ikinci yarısına planlaşdırıldığı qeyd edilir.

 

Fransanın xarici işlər naziri Jan-Noel Barrotun sözlərinə görə, müzakirə mövzusu Avropanın təhlükəsizlik məsələlərində muxtariyyəti olacaq. Avropanın bu sahədə müstəqilliyə ehtiyacı var ki, nə ABŞ-ın, nə də digər aparıcı dünya dövlətinin vassalı olmasın.

Seçilən
118
4
senzor.az

10Mənbələr