AZ

Smartfon öz sahibinin çılpaq videosunu onun yaxınlarına göndərdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Google Pixel" smartfonu öz sahibinin çılpaq videosunu dostları və ailə üzvlərinə göndərib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reddit" forumunun istifadəçisi məlumat verib.
Hadisənin səbəbi, saat zəngini söndürmək üçün cihazın start düyməsinə təsadüfən bir neçə dəfə basılması və bunun nəticəsində SOS rejiminin aktivləşməsi olub.
Bu rejimdə smartfon avtomatik olaraq video çəkib onu serverə yükləyir və videoya keçid linkini istifadəçi tərəfindən təcili əlaqələr kimi qeyd edilən kontaktlara göndərir.
Digər "Google Pixel" sahibləri də oxşar hallarla bağlı təcrübələrini bölüşüblər. Onların smartfonları SOS rejimində işləyərkən insanları uyğunsuz vəziyyətlərdə çəkib, şəkillər və ya videoları kontaktlara göndərib.
Bir istifadəçi qeyd edib ki, keçmiş qız yoldaşı tualetdə olarkən təsadüfən bu funksiyanı aktivləşdirib və nəticədə ona hadisə yerindən bir neçə foto göndərib.
Bildirilir ki, "Pixel" smartfonlarına inteqrasiya edilmiş SOS sistemi istifadəçilərin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulub və təcili vəziyyətlərdə xilasetmə xidmətlərinə və etibarlı kontaktlara məlumat ötürülməsini təmin edir. Lakin bu funksiyanın təsadüfi aktivləşməsi arzuolunmaz nəticələrə səbəb olur.
Seçilən
111
50
oxu.az

10Mənbələr