AZ

Tovuzda qəzalı vəziyyətdə olan körpünün aqibəti NECƏ OLACAQ? - Bələdiyyə sədrindən AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sosial şəbəkə platformalarından birində Tovuz rayonunun Qəribli kəndində qəzalı vəziyyətdə olan körpü ilə bağlı video yayılıb. Sakinlərin sözlərinə görə, dəmir körpünün təmiri ilə bağlı müraciətlərinə baxan yoxdur.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı məlumat almaq üçün Tovuz rayonunun Qəribli bələdiyyəsinin sədri Ucal Oruczadə ilə əlaqə saxlayıb.
Bələdiyyə sədri qeyd edib ki, sözügedən körpünü vətəndaşlar özləri tikiblər: "Həmin dəmir körpünün yaşı çoxdur. Sonuncu yayılan videonun ardınca biz sakinlərlə müəyyən məbləğ topladıq, dünən təmir etdirdik. Onu da qeyd edim ki, icra hakimiyyəti tərəfindən üç körpünün təmiri nəzərdə tutulub. Onlardan biri də həmin dəmir körpüdür".
Məhərrəm Əliyev
Seçilən
60
50
oxu.az

10Mənbələr