AZ

Belqoroda 100-ə yaxın PUA atılıb - 4 nəfər ölüb

Son sutka ərzində Ukrayna hərbçiləri 80-dən çox pilotsuz təyyarə ilə Belqorod vilayətinin 7 sərhəd bölgəsinə hücum edib. Nəticədə 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə vilayətin rəhbəri Vyaçeslav Qladkov məlumat verib.

Qubernatorun sözlərinə görə, son 24 saat ərzində Ukraynadan 40 yaşayış məntəqəsi hücuma məruz qalıb. Ümumilikdə 62 mərmi atılıb və hücumlarda 86 pilotsuz uçuş aparatı istifadə edilib, onlardan 38-i vurulub.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
44
12
news365.az

10Mənbələr