AZ

Ukrayna PUA-ları neft nasos stansiyasına hücum edib

Rusiyanın Krasnodar vilayətində yerləşən Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) neft nasos stansiyası Ukrayna PUA-larının hücumuna məruz qalıb, lakin neft dağılması baş verməyib.

 

Oxu24.com xəbər verir  ki, bu barədə “Spuntik Near Abroad” nəşri məlumat yayıb.

 

“KTK bu hücum barədə şirkətin bütün beynəlxalq səhmdarlarını, o cümlədən ABŞ və Avropadan olan səhmdarları xəbərdar edib”, - nəşr yazır.

 

Krasnodar vilayətində neft nasos stansiyasından başqa, digər yanacaq-energetika infrastrukturu obyektləri də Ukrayna pilotsuz təyyarələri tərəfindən vurulub. Ukrayna PUA-larının İlski Neft Emalı Zavoduna hücum cəhdindən sonra yanğın baş verib.

 

Bundan əvvəl Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev Ukraynanın bölgə ərazisinə iri pilotsuz təyyarə hücumu təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Severski rayonunun İlski kəndinə pilotsuz təyyarənin dağıntıları düşməsi nəticəsində 12 evə ziyan dəyib. 

 

Miri Məcidli

 

Seçilən
42
12
oxu24.com

10Mənbələr