Ukraynanın 60-dan çox pilotsuz təyyarəsi bir gündə Belqorod vilayətinin beş sərhəd bölgəsinə hücum edib.
Oxu24.com xəbər verir ki,bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
Son 24 saat ərzində bölgənin 28 yaşayış məntəqəsi pilotsuz təyyarələr və mərmilərlə hücuma məruz qalıb.
Ümumilikdə Ukrayna hərbçiləri 26 mərmi atıb və 66 pilotsuz uçan aparatdan istifadə edərək hücumlar həyata keçirib, onlardan 40-ı vurulub.
Bu hücumlar nəticəsində bir yaşayış binasında, iki fərdi yaşayış evində, kənd təsərrüfatı müəssisəsinin binasında müxtəlif növ dağıntılar qeydə alınıb, dörd yük maşını da sıradan çıxıb.
Mülki sakinlərə zərər dəyməyib.
Səhər Rusiya Müdafiə Nazirliyi bildirib ki, ötən gecə növbətçi hava hücumundan müdafiə sistemləri Rusiyanın iki rayonu üzərində beş pilotsuz uçan aparatı məhv edib. Voronej vilayətində dörd, Belqorod vilayətində bir pilotsuz təyyarə vurulub.
Bundan əvvəl Krasnodar diyarında PUA-nın hücumundan sonra 51 evə ziyan dəyib.
Nigar