AZ

Yanvarda 46 mindən çox Asan İmza sertifikatı verilib

Bakı. Trend:

Bu ilin yanvar ayı ərzində vergi ödəyicilərinə xidmətmərkəzlərində ümumilikdə 64.180 şəxs qəbul edilib, onlara 106.229sayda xidmət göstərilib ki, bunun 32,2 mindən çoxu şifahi xidmət(müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığıilə əlaqədar suallarının cavablandırılması), 29,7 mindən çoxuelektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlifərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklikgöstərilməsi) olub.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətindən bildirilib.

Bildirilib ki, qeyd olunan 9 xidmət dövr ərzində göstərilmişümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətləristisna olmaqla) xidmətlərin 92,7 faizini təşkil edib.

2025-ci ilin yanvar ayı ərzində vergi ödəyicilərindən daxilolmuş 2,8 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 3,2milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş(məktub) göndərilib. Dövr ərzində 579 vergi ödəyicisinin iştirakıilə 36 görüş keçirilib, 397 vergi ödəyicisinə ünvanlı xidmətgöstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədiləonların mobil nömrələrinə 267 mindən çox SMS göndərilib.

Yanvar ayı ərzində ümumilikdə 30.983 müraciət üzrə 46.326 Asanİmza sertifikatı verilib.

Seçilən
28
5
az.trend.az

10Mənbələr