AZ

Naxçıvanda Vergi ödəyicilərinə xidmət mərkəzlərində göstərilən xidmətlərin sayı artıb

Naxçıvan, 17 fevral, AZƏRTAC

Cari ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən, ümumilikdə, 5550 şəxs qəbul edilib.

Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin təqdim olunması, cari vergi ödəmələri və digər məsələlərlə bağlı 8228 xidmət göstərilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 78,1 faiz çoxdur.

Yanvar ayında vergi ödəyicilərinə 177 min 774 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Ay ərzində vergi ödəyiciləri ilə 6 görüş keçirilib, 43 sayda ünvanlı xidmət göstərilib. Həmin dövrdə 318 müraciət üzrə 550 “ASAN İmza” sertifikatı verilib.

Seçilən
18
5
azertag.az

10Mənbələr