Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində, ümumilikdə, 5 min 550 şəxs qəbul edilib.
Adı çəkilən qurumun məlumatıan görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələrin təqdim olunması, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 8 min 228 (ötən ilin eyni dövrü ilə müqayisədə 78,1 faiz çox) xidmət göstərilib. Ümumi xidmətlərin 95 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib.
Yanvar ayında vergi ödəyicilərinə 177 min 774 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Ay ərzində vergi ödəyiciləri ilə 6 görüş keçirilib, 43 sayda ünvanlı xidmət göstərilib.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan