AZ

Azərbaycanda ötən ay vergi ödəyicilərinə xidmət mərkəzlərində 64 mindən çox şəxs qəbul edilib

Bu ilin yanvar ayında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 64 180 şəxs qəbul edilib.

Korrespondent.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, onlara 106 229 sayda xidmət göstərilib ki, bunun 32,2 mindən çoxu şifahi xidmət (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 29,7 mindən çoxu elektron xidmət (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) olub.

Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin 92,7 %-ni təşkil edib:

Yanvarda vergi ödəyicilərindən daxil olmuş 2,8 mindən çox yazılı müraciət cavablandırılıb, onlara 3,2 milyondan artıq məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində 579 vergi ödəyicisinin iştirakı ilə 36 görüş keçirilib, 397 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.

Vergi ödəyicilərinin preventiv məlumatlandırılması məqsədilə onların mobil nömrələrinə 267 mindən çox SMS göndərilib.

Seçilən
9
4
korrespondent.az

10Mənbələr