AZ

Azərbaycanın dövlət banklarının kredit portfeli 7,15 milyard manata yüksəlib

2025-ci il yanvarın 1-nə Azərbaycan dövlət banklarının cəmi kredit portfeli 7 milyard 150,7 milyon manat təşkil edib.

Finss.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Kredit portfeli aylıq müqayisədə 78,7 milyon manat (1,1%), illik müqayisədə isə 1 milyard 654,6 milyon manat (19,9%) artıb.

Qeyd edək ki, ötən ilin dekabrın 1-nə olan kredit portfeli 7 milyard 150,7 milyon manat, 2024-cü il yanvarın 1-nə isə 5 milyard 496,2 milyon manat təşkil edib.

Fuad Mədətov
Finss.az

Seçilən
9
1
fins.az

10Mənbələr