Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XI turun oyunları keçiriləcək.
İdman.biz xəbər verir ki, turun iki oyunu Bakıda, biri Sumqayıtda baş tutacaq.
Çempionatın autsayderi “Gənclər” “Xilasedici”ni qəbul edəcək. “Murov Az Terminal” MOİK-i sınağa çəkəcək. Günə “Neftçi” - “Azərreyl” matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, Bakıdakı qarşılaşmalar GİN-in Voleybol Mərkəzində keçiriləcək.
Yüksək Liqa (kişilər)
XI tur
18 fevral
16:00. “Gənclər” - “Xilasedici”
Sumqayıt OİK
16:00. “Murov Az Terminal” - MOİK
GİN-in Voleybol Mərkəzi
18:00. “Neftçi” - “Azərreyl”
GİN-in Voleybol Mərkəzi
1 | Murov Az Terminal | 9 | 8 | 1 | 25-3 | 688-515 | 24 |
2 | Xilasedici | 10 | 8 | 2 | 25-10 | 833-698 | 23 |
3 | Azərreyl | 9 | 6 | 3 | 21-10 | 732-593 | 19 |
4 | Neftçi | 10 | 5 | 5 | 17-18 | 763-759 | 15 |
5 | MOİK | 10 | 2 | 8 | 6-27 | 666-784 | 2 |
6 | Gənclər | 10 | 0 | 10 | 1-30 | 586-822 | 1 |
İdman.biz