Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XII tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə 2 matç baş tutub.
Çempionatın lideri “Abşeron” autsayder UNEC-i sınağa çəkib. Meydan sahibləri bu qarşılaşmada çətinlik çəkmədən qalib gəliblər. Digər qarşılaşmada “Azərreyl” və “Murov Az Terminal” üz-üzə gəlib. "Dəmiryolçular" 3:1 hesabı ilə üstün olaraq rəqiblə aradakı fərqi 6-ya endiriblər.
Yüksək Liqa (qadınlar)
XII tur
19 fevral
16:00. “Abşeron” - UNEC - 3:0 (25:4, 25:13, 25:12)
GİN-in Voleybol Mərkəzi
18:00. “Azərreyl” - “Murov Az Terminal” - 3:1 (25:18, 25:23, 20:25, 25:21)
GİN-in Voleybol Mərkəzi
1 Abşeron 12 11 1 33-9 32
2 Milli Aviasiya Akademiyası 12 8 4 28-14 24
3 Azərreyl 12 6 6 22-22 18
4 Gəncə 11 5 6 21-18 17
5 Murov Az Terminal 11 5 6 18-22 14
6 UNEC 12 0 12 0-36 0
Qeyd edək ki, tura fevralın 22-də keçiriləcək “Gəncə” - “Milli Aviasiya Akademiyası” oyunu ilə yekun vurulacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta