AZ

Yüksək Liqa: Liderlər asan qələbə QAZANDI

Bu gün kişi voleybolçular arasında Yüksək Liqada XI turun oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, turun iki oyunu Bakıda, biri Sumqayıtda baş tutub. 

Çempionatın autsayderi “Gənclər” “Xilasedici”ni qəbul edib. Bu görüşdə meydan sahibləri çətinlik çəkməyiblər. “Murov Az Terminal” MOİK-i, “Azərreyl” isə “Neftçi”ni quru hesabla məğlub edib.

Yüksək Liqa (kişilər)

XI tur

18 fevral

16:00. “Gənclər” - “Xilasedici” - 0:3 (10:25, 21:25, 20:25)

Sumqayıt OİK

16:00. “Murov Az Terminal” - MOİK - 3:0 (25:15, 25:16, 25:7)

GİN-in Voleybol Mərkəzi

18:00. “Neftçi” - “Azərreyl” - 0:3 (22:25, 20:25, 19:25)

GİN-in Voleybol Mərkəzi

1  Murov Az Terminal  10  9  1  28-3  763-553  27

2  Xilasedici  11  9  2  28-10  908-749  26

3  Azərreyl  10  7  3  24-10  807-654  22

4  Neftçi  11  5  6  17-21  824-834  15

5  MOİK  11  2  9  6-30  704-869  2

6  Gənclər  11  0  11  1-33  637-897  1

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
14
2
bizim.media

10Mənbələr