AzEdu.az Təhsil Portalı ölkə üzrə aktiv və nümunəvi işi ilə fərqlənən müəllimləri geniş ictimaiyyətə daha yaxından tanıtmaq məqsədilə xüsusi layihə həyata keçirib.
Layihə çərçivəsində örnək müəllimlərin peşə davranışları və yenilikçi pedaqoji yanaşmaları haqqında informativ materiallar hazırlanaraq ictimaiyyətə, xüsusilə təhsil camiəsinə təqdim olunur.
Paralel olaraq bu məlumat Portalımızda hazırlanan bölmədə öz əksini tapır. “Örnək müəllimlər” bölməsində öz peşə fəaliyyəti zamanı tətbiq etdiyi modern tədris metodları, təhsilalanların intellektual inkişafında önəmli rol oynayan yenilikçi addımları ilə seçilən və müəllimlərin işə qəbulu, sertifikasiya imtahanlarından yüksək nəticə əldə etmiş müəllimlər yer alıb.
Fəaliyyət coğrafiyası Şəki-Zaqatala regionunu əhatə edən həmin 10 müəllimin siyahısı:
1.Pərvanə Əminli - Qax rayonu Turaclı kənd tam orta məktəbində Rus dili müəllimi;
2.Aysu Abbasova - Şəki şəhər kimya biologiya liseyində Riyaziyyat müəllimi;
3.Sakit Həsənov - Mamrux kənd tam orta məktəbdə Tarix müəllimi;
4.Ləman Əhmədova - Şəki şəhər Fizika riyaziyyat ve humanitar temayüllü liseyin Riyaziyyat müəllimi;
5.Rəna Əhmədəliyeva - Şəki şəhər Bəxtiyar Vahabzadə adına 1 nömrəli tam orta məktəbə Riyaziyyat müəllimi;
6.Nəzakət Bağırova - Şəki şəhəri Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi;
7.Səmra Hüseynova - Oğuz rayon Filfilli kənd tam orta məktəbin İbtidai sinif müəllimi;
8.Mətanət Kərimova - Oğuz şəhər 3 nömrəli məktəb-liseydə tarix müəllimi;
9.Gülnar Əliheydərova - Şəki şəhər 11 nömrəli tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi;
10. Gülnarə Bayramova - Balakən rayon Aclıqbinə kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.